Accessibility
Contrast
Saturation
Highlight Links
Cursor
Disable animations
Text Reader
To use the text reader on the site, download the program.
world

GEORGIAN WINGS TBİLSİ-BAKI-TBİLİSİ İSTİQAMƏTİNDƏ İLK REYS HƏYATA KEÇİRİB

2023-cü ilin sentyabr 6-da Gürcüstanın “Georgian Wings” aviaşirkəti Tbilisi-Bakı-Tbilisi istiqamətində ilk beynəlxalq müntəzəm reys həyata keçirib.

Bakı Heydər Əliyev Beynəlxalq Aeroportunda müntəzəm uçuşa həsr olunmuş tədbir təntənəli şəraitdə keçdi. Tədbirdə “Georgian Wings” və Bakı Beynəlxalq Aeroportunun rəhbərliyi, Gürcüstan səfirliyinin əməkdaşları və biznes assosiasiyalarının nümayəndələri iştirak ediblər.

“Georgian Wings”-in ilk uçuşuna həsr olunmuş mərasimdə çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Gürcüstan və Azərbaycan arasında çoxəsrlik dostluq münasibətlərinə və strateji tərəfdaşlıqdan danışdı və “Georgian Wings” tərəfindən Tbilisi-Bakı-Tbilisi istiqamətində yeni müntəzəm aviareyslərin təyin edilməsinin iki ölkənin ticarət-iqtisadi əlaqələrinin dərinləşməsinə, biznes sektorunun nümayəndələri arasında əməkdaşğın inkişafına, qarşılıqlı səfərlərin daha da artırılmasına, ölkələrin tanıtımına və turist axınının artırılmasına töhfə verəcəyi vurğuladı.

Tədbirdən sonra “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayevlə və Bakı Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənovla görüş keçirildi. Tərəflər qeyd olunan hava gediş-gəlişin təyin edilməsinin və iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinin əhəmiyyətini vurğuladılar.