20 YANVAR FACİƏSİNİN 34-CÜ İLDÖNÜMÜ
Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və Gürcüstan səfirliyinin əməkdaşları ilə birlikdə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakıda törətdiyi qanlı faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər. Diplomatik nümayəndəliklərin rəhbərləri “Şəhidlər Xiyabanı”nda vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarlarının üzərinə gül dəstəsi düzüblər.
20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli tarixlərdən biri kimi daxil olub.