Accessibility
Contrast
Saturation
Highlight Links
Cursor
Disable animations
Text Reader
To use the text reader on the site, download the program.
world

 

Martın 15-də Bakıda Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin,  Azərbaycan Respublikası Ceyhun Bayramovun və Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidanın iştirakı ilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası xarici işlər nazirlərinin 9-cu görüşü keçirilib.

Görüş zamanı tərəflər üç ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda nümunəvi əməkdaşlığı vurğuladılar, davamlı, sabit inkişaf və regionda sülhün təmin olunması baxımından üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini xüsusilə vurğuladılar. Siyasət, ticarət, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, nəqliyyat, mədəni-humanitar sahələrə xüsusi diqqət yetirilib. Üçtərəfli format çərçivəsində uğurlu sektorlararası əməkdaşlığa və parlament, müdafiə, iqtisadi və digər sahələrdə mütəmadi görüşlər müsbət qiymətləndirilib.

Tərəflər dostluq, qarşılıqlı anlaşma, bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstək prinsiplərinə əsaslanan geniş spektrli əməkdaşlığı bir daha müsbət qiymətləndiriblər.

Diqqət ümumi tranzit və enerji layihələrinin gedişatı və icrası məsələsinə  yönəldilib. Tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit potensialını nəzərdən keçiriblər. Bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın gələcəkdə tam şəkildə həyata keçirilməsinin vacibliyi, həmçinin Orta Dəhliz məsələsinin beynəlxalq əhəmiyyətinin aktuallaşması baxımından üçtərəfli əməkdaşlığın vacibliyi qeyd ediliblayihədə iştirak edən hər bir ölkənin maraqları naminə qeyd olunan layihələrin reallaşdırılması üçün koordinasiyalı fəaliyyəti davam etdirməyə hazır olduqlarını bildiriblər.

Tərəflər Gürcüstanı Aİ namizəd statusunun verilməsi və Avropaya inteqrasiya yolunda əldə etdiyi uğurlar münasibətilə təbrik ediblər.

 

Nazirlərin üçtərəfli görüşünün sonunda birgə bəyanat - Bakı Bəyannaməsi imzalan.

 Üçtərəfli Xarici İşlər Nazirlərinin görüşü  çərçivəsində İliya Darçiaşvili azərbaycanlı və türkiyəli həmkarları ilə də ikitərəfli görüşlər keçirib.

Tərəflər növbə prinsipi nəzərə alınmaqla növbəti nazirlər görüşünün 2025-ci ildə Türkiyə Respublikasında keçirilməsi ilə bağlı razılığa gəldilər.