Accessibility
Contrast
Saturation
Highlight Links
Cursor
Disable animations
Text Reader
To use the text reader on the site, download the program.
world

Gürcüstanın təhsil, elm və gənclər nazirinin Bakıya səfərı

Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari nümayəndə heyəti ilə birlikdə Azərbaycanın paytaxtı Bakıda işgüzar səfərdə olub.

Yanvarın 24-26-da üç günlük səfər çərçivəsində Giorgi Amilaxvar Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, elm və təhsil naziri Emin Əmrulayevlə görüşlər keçirib və Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Görüşlərdə qeyd olunub ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında mövcud strateji tərəfdaşlıq çərçivəsində son illər sahəvi əməkdaşlıq daha da möhkəmlənib. Bu istiqamətdə təhsil və elmə xüsusi önəm verilir.

Söhbətdə ali təhsilin inkişafı baxımından Gürcüstan və Azərbaycan universitetləri arasında əlaqələrin gücləndirilməsinin və birgə təhsil proqramlarının hazırlanmasının vacibliyindən danışılıb.

Bundan əlavə, irimiqyaslı elmi tədqiqat layihələrinin və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə ediblər. Səfər çərçivəsində nazir Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) rektoru Hafiz Paşayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Elmi Şura, professor və tələbələrlə görüş keçirdib.  Nazir azərbaycanlı həmkarı Emin Əmrulayev və nümayəndə heyətinin üzvləri ilə birlikdə Bakı STEM İnnovasiya Mərkəzində olub.

 Bakıda işgüzar səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataridze ilə birlikdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı üzərinə  gül dəstələri qoydular. Nazir həmçinin “Şəhidlər Xiyabanı”nı da ziyarət etdi və  Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin  xatirəsini ehtiramla yad etdi.

 Bakıda keçirilən görüşlərdə təhsil, elm və gənclər nazirinin birinci müavini Aleksandr Tsuladze, müavin Nodar Papukaşvili, Tbilisi şəhəri İvane Cavaxişvili Universitetin rektoru Jaba Samuşia,  Gürcüstanın Texniki Universiteti Rektor Davit Qurgenidze və Kutaisi Beynəlxalq Universitetinin rektoru Aleksandre Tevzadze iştirak edirdi.