İliya Çavçavadze adına Qax rayonu Gürcü Dövlət Dram Teatrının Bakıda premyerası
Yanvarın 14-də Bakıda Dövlət Akademik Milli Dram Teatrında İliya Çavçavadze adına Qax rayonu Gürcü Dövlət Dram Teatrının premyerası olub. Gürcü Teatrının truppası Bakı tamaşaçılarına Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” əsərini gürcü dilində təqdim edib. Tamaşanın gürcü dilinə Akaki Tsereteli tərcümə edib.
Gürcüstan Teatrının Bakıya qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının birgə dəstəyi ilə baş tutub.
Premyerada azərbaycanlı tamaşaçılarla yanaşı, Gürcüstanın səfiri Zurab Pataradze, səfirliyin əməkdaşları və digər Gürcüstan vətəndaşları da iştirak ediblər. Tamaşanın sonunda səfir Zurab Pataradze Gürcüstan Teatrının truppası ilə şəxsən görüşüb və onun üzvlərinə gələcək uğurlar arzulayıb.