Azərbaycan Respublikasında Gürcüstan səfirliyinin binası tikiləcək
Yanvarın 17-də Gürcüstan və Azərbaycanın baş nazirləri Bakıda Azərbaycan hökuməti tərəfindən Gürcüstan səfirliyinin binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə baxış keçiriblər. Bakı şəhəri mərkəzi rayonda yerləşən 3450 kv.m. əraziyə Gürcüstan hökumətinin başçısı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri ilə birlikdə əraziyə baş çəkiblər.
Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradzenin sözlərinə görə, Azərbaycan paytaxtının mərkəzi rayonunda torpaqların Gürcüstan səfirliyinə verilməsi qonşu, dost ölkələr arasında əlaqələrin möhkəmlənməsi üçün çox əhəmiyyətlidir.