Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş olub
Yanvarın 17-də Bakıda, Zaqulba sarayında Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş olub.
Azərbaycan Respublikasının Prezidenti Gürcüstan hökumətinin başçısını “Gürcü arzusu”nun parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib və qeyd edib ki, hakim komandanın uğurları Cənubi Qafqazda sülhü təmin edəcək.
Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa, o cümlədən Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi regional əhəmiyyətli layihələrə diqqət yetirilib.
İqtisadiyyat, nəqliyyat və energetika sahələrində uğurlu əməkdaşlığın olduğu qeyd edilib, əlaqələrin əhəmiyyəti və bu istiqamətdə Gürcüstanın rolu da vurğulanıb.
Gürcüstanın Baş naziri Gürcüstan nümayəndə heyətini yüksək səviyyədə qəbul etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib və iki ölkə arasında tərəfdaşlığın çox möhkəm təmələ malik olduğunu qeyd edib.
Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyi xüsusilə vurğulanıb. Baş nazir bir daha Gürcüstanın regionda sülhün və sabitliyin təmin edilməsinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.
Gürcüstanın Baş naziri və Azərbaycan Respublikasının Prezidenti təkbətək görüşdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.
“Parlament seçkilərindən sonra Azərbaycana ilk xarici səfəriniz Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli əlaqələrin rəmzidir və bu qərara görə Sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm”. Hökumətinizin uğurlu iqtisadi siyasəti, o cümlədən xarici investisiyaların cəlb edilməsi baxımından ölkənizdəki investisiya mühitinə çox müsbət təsir göstərir, investorları cəlb edir və ölkənizdə, o cümlədən azərbaycanlı investorlar üçün sərmayyə qoyuluşları üçün ilham mənbəyinə çevrilir. İki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Biz güclü tərəfdaşlarıq. "Partiyanızın uğurları Cənubi Qafqazda sabitliyin olmasını təmin edəcək. Biz sizin qardaşlarınız və dostlarınız olaraq uğurlarınıza sevinirik. Sizə gələcəkdə uğurlar arzulayırıq", -deyə Prezident İlham Əliyev bildirib.
Gürcüstanın Baş naziri Gürcüstan nümayəndə heyətini yüksək səviyyədə qəbul etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
İrakli Kobaxidze regionda sülhün və sabitliyin təmin edilməsində iki ölkə arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
“Seçkilərdəki qələbəm münasibətilə təbrik etdiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm”. Bölgəmizdə təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından tərəfdaşlığımız çox vacibdir və bu baxımdan dövlətlərimiz arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Siz görkəmli, nümunəvi rəhbərsiniz. Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli maraqlarının qorunmasına qayğı göstərməyiniz nümunəvidir. Ona görə də sizi ziyarət etmək bizim üçün xüsusi şərəfdir. Çox maraqlı görüşümüz oldu, burada ikitərəfli əməkdaşlıqdan danışdıq, o cümlədən regionda və qlobal miqyasda baş verən siyasi prosesləri müzakirə etdik. Təbii ki, bu siyasi proseslər ölkələrimizin siyasi mövqelərinə təsir edir və bu baxımdan bütün çağırışlarla birgə mübarizə aparmaq vacibdir. Cənubi Qafqazda sülh və sabitlik xüsusi əhəmiyyət kəsb edir. Biz bir daha regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə bizim üçün imkan daxilində maksimum töhfə verməyə hazır olduğumuzu bir daha təsdiq edə bilərik. “Biz prezident Əliyevin Gürcüstana səfərini səbirsizliklə gözləyirik və böyük ümidimiz var ki, bu il onu ölkəmizdə qəbul etmək imkanımız olacaq”, - deyə İrakli Kobaxidze bildirib.
Birgə bəyanatlardan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nümayəndə heyəti ilə birlikdə Gürcüstan hökumətinin başçısını rəsmi naharda qəbul edib.