Gürcüstanın Baş prokuroru cənab Giorgi Gvarakidzenin rəhbərlik etdiyi Gürcüstan Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir
29-31 iyul 2026-cı il tarixlərində Gürcüstanın Baş prokuroru cənab Giorgi Gvarakidzenin rəhbərlik etdiyi Gürcüstan Prokurorluğunun nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov və Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev ilə görüşlər keçirilmişdir.
Görüşlərdə tərəflər iki ölkənin səlahiyyətli orqanları arasında sıx və səmərəli əməkdaşlıq məsələlərini müzakirə etmiş və Gürcüstan ilə Azərbaycan arasında dostluq və işgüzar münasibətlərin ədliyyə sahəsində sıx əməkdaşlığa töhfə verdiyini qeyd etmişlər.
Görüşlərdə Gürcüstan Baş Prokurorunun müavini Avtandil Koçlamazaşvili, Tbilisi prokuroru Giorgi Mikaia, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Laşa Abuladze, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Giorgi Mikava, Azərbaycan Baş Prokurorunun birinci müavini Elçin Məmədov, Baş prokurorun müavini Heydər Məmmədov, Baş Hərbi Prokuror, Baş prokurorun müavini Bəhruz Əhmədov, Bakı Şəhər Prokuroru Elşən Abbasov və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Səbuhi Əliyev iştirak ediblər.
Səfər çərçivəsində Gürcüstan Baş Prokurorluğunun nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək ora gül dəstələri qoyublar.