Accessibility
Contrast
Saturation
Highlight Links
Cursor
Disable animations
Text Reader
To use the text reader on the site, download the program.
world

Azərbaycan Respublikasının Qax rayonunun Qax-İngiloy kəndində yerləşən Müqəddəs Giorgi adına kilsədə Giorgoba bayramı münasibətilə bayram liturgiya mərasimi keçirilib

23 noyabr tarixində Azərbaycan Respublikasının Qax rayonunun Qax-İngiloy kəndində yerləşən Müqəddəs Giorgi adına kilsədə Giorgoba bayramı münasibətilə bayram liturgiya mərasimi keçirilib. İbadət mərasimini kilsənin rəhbəri, protoierey Petre (Xumaraşvili) və keşiş Tariel (Poladaşvili) icra ediblər.
 
Bayram liturgiyasında yerli kilsə icması ilə yanaşı, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti, Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri George Zakaraşvili, Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Kaxaber Abdaladze, həmçinin səfirlik və baş konsulluğun əməkdaşları iştirak ediblər.
 
Liturgiya başa çatdıqdan sonra yerli kilsə icmasının üzvləri ilə görüş keçirilib.