Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Görüş baş nazirin müavininin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
İki ölkənin nazirləri Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığı, ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini, eləcə də cari və planlaşdırılan birgə regional layihələri müzakirə ediblər.
Görüşdə Gürcüstan və Azərbaycan arasında müxtəlif sektorlarda əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında uğurlu tərəfdaşlıq regional və beynəlxalq əhəmiyyətli iqtisadi, energetika və nəqliyyat layihələrinin inkişafına mühüm töhfə verir.
