Accessibility
Contrast
Saturation
Highlight Links
Cursor
Disable animations
Text Reader
To use the text reader on the site, download the program.
world

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransına (COP29) sədrliyinin başa çatmasına həsr olunmuş tədbirdə iştirak etdi

17 dekabr 2025-ci il tarixində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransına (COP29) sədrliyinin başa çatmasına həsr olunmuş tədbirdə iştirak etdi.
 
Tamaşaçılar qarşısında Azərbaycan Milli Məclisinin üzvü, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Prezidentinin İqlim Məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev və Azərbaycan Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev çıxış etdilər.
 
Tədbirdə COP28 və COP30-a ev sahibliyi edən ölkələrin (BirləşmişƏrəb Əmirlikləri; Braziliya) səfirləri də daxil olmaqla, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etdilər.