Accessibility
Contrast
Saturation
Highlight Links
Cursor
Disable animations
Text Reader
To use the text reader on the site, download the program.
world

Qafqaz müsəlmanlar idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri Bütün Gürcüstanın Katolikos-Patriarxı, Müqəddəsliyi və Əlahəzrətliyi II İlyanın vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Gürcüstanın Azərbaycandakı səfirliyini ziyarət etdilər

Martın 19-da Qafqaz müsəlmanlar idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri Bütün Gürcüstanın Katolikos-Patriarxı, Müqəddəsliyi və Əlahəzrətliyi II İlyanın vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Gürcüstanın Azərbaycandakı səfirliyini ziyarət etdilər.
 
Onlar Katolikos-Patriarxın Qafqazda dini tolerantlığın və sülhün möhkəmləndirilməsindəki böyük rolundan danışdılar, onunla keçirilən görüşləri səmimi qəlbdən xatırladılar və Gürcüstanda milli və ənənəvi dəyərlərin möhkəmləndirilməsinə verdiyi töhfəni minnətdarlıqla qarşıladılar.
 
Sonda hörmətli qonaqlar səfirlikdə açılan Başsağlığı kitabına ürək sözlərini yazdılar.