Gürcüstan və Azərbaycan Respublikasının Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirildi
16 fevral 2026-cı il tarixində Bakı şəhərində Gürcüstan və Azərbaycan Respublikasının Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirildi.
Gürcüstan nümayəndə heyətinə Beynəlxalq Hüquq, Konsulluq və Diaspor Məsələləri Direktorluğunun direktoru Giorgi Tabatadze, Azərbaycan Respublikası nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov rəhbərlik edirdi.
Məsləhətləşmələr çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq və Gürcüstanla Azərbaycan Respublikasını birləşdirən dostluq münasibətləri vurğulandı.
Görüş zamanı konsulluq münasibətlərinin gündəliyindəki aktual məsələlər müzakirə edildi. Tərəflər miqrasiya proseslərini tənzimləyən qanunvericilik barədə məlumat mübadiləsi apardılar.
Tərəflər ölkələr arasında konsulluq münasibətlərini daha da dərinləşdirmək üçün birgə işi davam etdirməyə hazır olduqlarını bildirdilər.
