Accessibility
Contrast
Saturation
Highlight Links
Cursor
Disable animations
Text Reader
To use the text reader on the site, download the program.
world

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə bağlı başsağlığı vermək üçün Gürcüstanın Bakıdakı səfirliyinə baş çəkib. Azərbaycanın lideri səfirlikdə açılan başsağlığı kitabına ürək sözlərini yazıb

 
Martın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə bağlı başsağlığı vermək üçün Gürcüstanın Bakıdakı səfirliyinə baş çəkib. Azərbaycanın lideri səfirlikdə açılan başsağlığı kitabına ürək sözlərini yazıb.
 
Ölkə başçısı cənab İlham Əliyev Gürcüstan səfiri Zurab Pataradze ilə söhbətində bütün Gürcüstanın Katolikos-Patriarxının böyük əməyi və dinlərarası sülh məramlı rolundan bəhs edərək ll İlya həzrətlərinin Azərbaycanda həmişə ehtiramla xatırlayacaqlarını qeyd edib.
 
Prezident İlham Əliyevin başsağlığı məktubunda qeyd etdiyi kimi, II İlya həzrətlərinin simasında Gürcüstan və bütün Pravoslav dünyası həyat amalı ümumbəşəri dəyərlərin, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma dialoqun təşfiqi olan parlaq dini lider, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi. “Azərbaycan ilə Gürcüstan arasında dostluq, mehriban qonşuluq və əməkdaşlıq II İlya həzrətlərinin səyləri nəticəsində daha da güclənmişdir. Onunla Bakı və Tbilisidə görüşlərimi ən xoş təəsüratlarla xatırlayacağam” - deyə qeyddə bildirilir.
 
Səfir Zurab Pataradze Prezident İlham Əliyevə səfirliyə baş çəkdiyi və başsağlığı verdiyi üçün təşəkkür etdi.
 
Qeyd etmək lazımdır ki, 18 martda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlyanın vəfatı ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu göndərib.