Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri xanım Maka Boçorişvili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşüb
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri xanım Maka Boçorişvili Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşüb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın gündəliyi müzakirə olunub və ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Regionda gedən proseslərə xüsusi diqqət yetirilib. Regional sabitlik və inkişaf üçün sülhün əhəmiyyəti qeyd edilib.
Gürcüstan tərəfi bir daha regional əməkdaşlığın dərinləşməsinə töhfə verməyə hazır olduğunu bildirib.
Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək və hörmət vurğulanıb.
