Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib
Gürcüstan və Azərbaycan Baş nazirlərinin həmsədrliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib.
İclasda iki ölkə hökumətinin üzvləri ötən illər ərzində ticarət-iqtisadi əməkdaşlıq sahəsində əldə olunmuş nəticələri yekunlaşdırıb və gələcək planları müzakirə ediblər.
Hökumətlərarası Komissiyanın iclası başa çatdıqdan sonra iki ölkənin Baş nazirləri Gürcüstan və Azərbaycan Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının Protokolunu imzalayıblar.
Həmçinin iki ölkənin aidiyyəti qurumları arasında aşağıdakı sazişlər imzalanıb: Gürcüstan və Azərbaycan Respublikasının birgə "İpək Yolu" – "Silk Road" beynəlxalq avtomobil keçid Məntəqəsinin praktiki fəaliyyəti haqqında”; Baytarlıq və bitki mühafizəsi sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu.
