Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb
Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb.
Görüş zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının prioritet istiqamətləri müzakirə olunub. Ticarət-iqtisadi, investisiya və logistika sahələrində əldə edilmiş irəliləyiş və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli siyasi dialoqun və müntəzəm qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Regional bağlantıların və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi baxımından birgə layihələrin inkişaf etdirilməsinin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Tərəflər regionda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyini, eləcə də bu istiqamətdə region ölkələrinin ortaq maraqlarını vurğulayıblar.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Poniçalada baş vermiş faciə ilə əlaqədar Gürcüstan hökumətinə və gürcü xalqına başsağlığı verib.
