Bakıda Gürcüstan və Azərbaycan Respublikası Mədəniyyət Nazirlikləri arasında Əməkdaşlıq üzrə İşçi Qrupunun üçüncü iclası keçirildi
9 iyul 2026-cı il tarixində Bakıda Gürcüstan və Azərbaycan Respublikası Mədəniyyət Nazirlikləri arasında Əməkdaşlıq üzrə İşçi Qrupunun üçüncü iclası keçirildi.
İki ölkənin Mədəniyyət Nazirliklərinin nümayəndələrinin iştirak etdiyi görüşə Gürcüstan Mədəniyyət Nazirinin müavini Giorgi Mirtsxulava və Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov sədrlik etdilər.
Tərəflər mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın cari və gələcək prioritet sahələrini müzakirə etdilər və görüşün sonunda iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsini və genişləndirilməsini nəzərdə tutan İşçi Qrupunun Üçüncü İclasının Protokolu imzalandı.