Gürcüstanın Azərbaycan Respublikasında səfiri George Zakaraşvili Bakıda keçirilən VII Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Sülhün dili və dezinformasiya ilə mübarizə” adlı xüsusi sessiyada iştirak edib
26 oktyabr tarixində Gürcüstanın Azərbaycan Respublikasında səfiri George Zakaraşvili Bakıda keçirilən VII Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Sülhün dili və dezinformasiya ilə mübarizə” adlı xüsusi sessiyada iştirak edib.
Sessiyaya Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev moderatorluq edib.
Müzakirələrdə sülhün təşviqində medianın rolu, dezinformasiya ilə mübarizə, habelə qlobal medianın mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində məsuliyyəti müzakirə olunub.
