Accessibility
Contrast
Saturation
Highlight Links
Cursor
Disable animations
Text Reader
To use the text reader on the site, download the program.
world

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Tamaz Boraşvili Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə görüş keçirib

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Tamaz Boraşvili nümayəndə heyəti ilə birlikdə Azərbaycan Respublikasına rəsmi səfər edib.
 
Səfər çərçivəsində Tamaz Boraşvili Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə görüşüb.
 
Görüşdə tərəflər Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq, Cənubi Qafqaz regionunda baş verən proseslər və beynəlxalq təhlükəsizliyə qarşı müasir çağırışlarla bağlı məsələləri müzakirə ediblər. Qlobal təhdidlərə qarşı mübarizədə hər iki ölkənin təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın və tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.