Accessibility
Contrast
Saturation
Highlight Links
Cursor
Disable animations
Text Reader
To use the text reader on the site, download the program.
world

Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Giorgi Matiaşvili işgüzar səfərlə Azərbaycan Respublikasında olub.

 
Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-leytenant Giorgi Matiaşvili işgüzar səfərlə Azərbaycan Respublikasında olub. Ona azərbaycanlı həmkarı, general-polkovnik Kərim Vəliyev ev sahibliyi edib. Rəsmi qarşılanma mərasimi Azərbaycan Müdafiə Nazirliyində keçirilib.
 
Həmkarı ilə görüşdən əvvəl Giorgi Matiaşvilini nümayəndə heyətinin üzvləri ilə birlikdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov qəbul edib. Tərəflər ölkələr arasında mövcud strateji tərəfdaşlığın möhkəm əlaqələrin qurulmasına və bölgədə sabitliyin möhkəmlənməsinə töhfə verdiyini xüsusi vurğulayıblar. Söhbət ikitərəfli və regional əməkdaşlıq məsələlərinə toxunub. Generallar ikitərəfli əməkdaşlıq planı ilə nəzərdə tutulmuş tədbirləri müzakirə ediblər.