George Zakaraşvili Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə VII Ümumdünya Forumunda iştirak edib
27–28 oktyabr tarixlərində Bakı şəhərində Mədəniyyətlərarası Dialoq üzrə VII Ümumdünya Forumu keçirilib. Forumda Gürcüstanın mədəniyyət nazirinin müavini Natia Şamatava, Acarıstan Muxtar Respublikasının mədəniyyət naziri Eliso Bolkvadze və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri George Zakarşvili Gürcüstan nümayəndə heyəti ilə birlikdə iştirak ediblər.
Forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən açılıb.
Forumun məqsədi mədəniyyətlərarası dialoq vasitəsilə sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa nail olmaqdır. Bu il müzakirələrin mövzusu “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” olub.
