Accessibility
Contrast
Saturation
Highlight Links
Cursor
Disable animations
Text Reader
To use the text reader on the site, download the program.
world
საქართველოს საელჩო აზერბაიჯანის რესპუბლიკაში

საქართველოს საელჩო აზერბაიჯანის რესპუბლიკაში

Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edib

 
2026-cı il sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycan Respublikasında səfərdə olub.
 
Baş nazirin müavini Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edib. Nazirlərin görüşündə Gürcüstanın müdafiə naziri ev sahibi həmkarı, general-polkovnik Zakir Həsənov və türk həmkarı Yaşar Gülər ilə birlikdə strateji tərəfdaşlıq və müdafiə sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmişdir.
 
Səfər çərçivəsində Azərbaycanın Şuşa şəhərində Gürcüstanın müdafiə nazirinin azərbaycanlı və türk həmkarları ilə ikitərəfli görüşləri keçirilmişdir.
 
Azərbaycana səfəri çərçivəsində, üçtərəfli görüşdən əvvəl İrakli Çikovani “Qızılqaya” Təlim Mərkəzində olub, mərkəzin imkanları ilə tanış olub və “Power of Unity 2026” beynəlxalq təliminin nümayiş mərhələsini izləyib. Həmçinin səfər çərçivəsində nazir Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX 2026”da iştirak edib.