Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı olub
Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2 iyun tarixində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa və Asiyanı bir-birinə daha da yaxınlaşdıraraq regionumuzun qlobal ticarət və logistika şəbəkəsində strateji əhəmiyyətini gücləndirir.
Hökumət başçısı layihənin tarixi əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, Gürcüstan, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın və nümunəvi əməkdaşlığın daha bir bariz nümunəsidir.
Baş nazirin sözlərinə görə, marşrutun tam tətbiqi ilə dəmir yolu xəttinin ötürmə qabiliyyəti ildə 5 milyon tona çatacaq ki, bu da regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır və Orta Dəhlizin rəqabət qabiliyyətini daha da gücləndirir.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraoğlu iştirak ediblər. Tədbirdə Ermənistan Respublikasının nəqliyyat və energetika naziri Davit Xudatiani, Qazaxıstan və Özbəkistandan nümayəndə heyətləri, Gürcüstan hökumətinin üzvləri və yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.
