Gürcüstan parlamentinin sədr müavini xanım Nino Tsilosaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycan Respublikasına işgüzar səfər edib
2026-cı il sentyabrın 24-25-də Gürcüstan parlamentinin sədr müavini xanım Nino Tsilosaninin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycan Respublikasına işgüzar səfər edib.
Səfər çərçivəsində Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova, Milli Məclisin müvafiq komitələrinin rəhbərləri və Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Arzu Nağıyevlə görüşüb. Görüşlər zamanı tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın, o cümlədən parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Fərid Qayıbov və Azərbaycan elm və təhsil nazirinin müavini cənab Həsən Həsənli ilə görüşlər keçirib.
Səfər çərçivəsində Gürcüstan parlament nümayəndə heyəti Azərbaycanın Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) iştirak edib. Forumun əsas mövzusu “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqələrin və investisiya sabitliyinin dayağı” olub.