Under Construction

Bakıda Gənclik Axşamı – “Azərbaycanda Gürcüstan günləri”

24-26 yanvar 2020-ci il tarixlərində Gürcüstandan bir qrup gənc Bakıya səfər etdi. Gürcüstanın ən iri  gənclik platformalarından biri olan “Müstəqil Uşaqlar və Tələbələr Birliyi”, təxminən 400 yaxın  gəncin  Azərbaycana səyahətini  təmin etdi. "Dünya ilə tanış olun və bölgənizi inkişaf etdirin" layihəsi çərçivəsində gənclər Bakını ziyarət edərək  qonşu dövlətin və strateji tərəfdaşın mədəniyyəti ilə tanış oldular. Yanvarın 26-da gənclər geniş miqyaslı axşam - "Azərbaycanda Gürcü Günləri" təşkil etdilər.

Dəvət olunan qonaqlar arasında tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və səfirliyin əməkdaşları iştirak etdilər. Açılış nitqi ilə çıxış edən  səfir Zurab Pataradze iki qonşu ölkə arasındakı əməkdaşlığın əsas istiqamətlərindən danışdı  və gənclərə uğurlar arzuladı.