Under Construction

Bakıda "Azərbaycan rəssamlarının gözu ilə görünən Gürcüstan" adlı sərgisi keçiriləcək

Yanvarın 14-də səfir Zurab Pataradze Heydər Əliyev Mərkəzində oldu, burada mərkəzin rəhbərliyi və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri ilə işgüzar görüş keçirdi.

Tərəflər iki ölkə arasında mədəni əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə etdilər və gələcək sıx əlaqələrə hazır olduqlarını bildirdilər. Yaxın gələcəkdə səfirlik, Heydər Əliyev mərkəzi və  Azərbaycan Rəssamlar Birliyinin iştirakı ilə "Azərbaycan Rəssamlarının gözü ilə görünən Gürcüstan-Azərbaycan Dostluğu" adlı birgə sərginin təfərrüatları müzakirə edildi.