Under Construction

Səfir Zurab Pataradze dost ölkənin xalqını və hakimiyyətini "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə təbrik etdi

Dekabrın 30-da Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze dost ölkənin xalqını və hakimiyyətini və Gürcüstanda yaşayan Azərbaycan əsilli vətəndaşları "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə təbrik etdi. Azərbaycan mediasında yayılan təbrikində  Z.Pataradze  İki ölkə arasındakı strateji tərəfdaşlığı və qonşu ölkələrin həm ikitərəfli, həm də çoxtərəfli  formatlarda müxtəlif sahələrdə qazandığı uğurları vurğuladı.