Under Construction

Azərbaycanda gürcü biznesi və mədəniyyəti

Dekabrın 5-də Gürcüstan səfirliyi və "Orbi Group" Beynəlxalq İnşaat İnkişaf Şirkətinin təşkilatçılığı ilə Bakıda iki irimiqyaslı tədbir keçirildi. Gürcüstan səfiri Zurab Pataradze və "Orbi Group" şirkətinin təsisçisi Zaza Zoidze şirkətin Bakı nümayəndəliyini açıblar. Sonra isə  "Four Seasons" otelində "Azərbaycanda gürcü biznesi və mədəniyyəti" adlı təntənəli qəbul təşkil olundu. Tədbirin açılışında səfir Zurab Pataradze çıxış edərək, iki qonşu ölkə arasındakı əməkdaşlığın əsas istiqamətlərinə toxundu  və Orbi Group-una Azərbaycan bazarında uğurlar arzuladı. Sonra isə şirkətin baş direktoru  İrakli Kvergelidze çıxış etdi.  Gala ziyafəti Azərbaycanda fəaliyyət göstərən  gürcü müğənnisi  Manana Caparidzenin aparıcılığı ilə  geniş mədəni proqramlə davam etdirildi. Qonaqların qarşısında çıxış etdilər: Gürcüstan Abxaziyanın Kurashvili adına  Dövlət Kapellası, müğənnilər Nano Çxeidze, Anri Cokhadze, Nini Badurashvili, Datuna Mgeladze və "Rasa" gürcü rəqs ansamblı. Tədbirdə, həmçinin Orbi Group-un biznes layihələrin təqdimatı, milli mətbəxi və gürcü şərabının dequstasiyası keçirildi.Gala-tədbirdə  iştirak etdilər: Gürcüstan Abxaziya Muxtar Respublikası Hökuməti sədrinin səlahiyyətlərini icra edən Ruslan Abaşidze,; Batumi şəhərinin meri Laşa Komaxidze, Gürcüstanın Gəncədəki baş  konsolu Nikoloz İaşvili, Azərbaycan hakimiyyətinin nümayəndələri, işgüzar dairələr, ölkədə akkreditə olunmuş diplomatik korpus, mədəniyyət təmsilçiləri, gürcü diasporu, yerli media, eləcə də İmedi TV-nin populyar "Prime-Show" layihəsinin yaradıcı heyəti.