Under Construction

Bakıda Gürcüstan Abxaziya M/R Dövlət Kapellasının solo konserti

Dekabrın 3-də, Bakıda Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Bədii rəhbər Zviad Bolkvadzenin rəhbərliyi ilə Abxaziya M / R-nin Dövlət Capellasının solo konserti keçirildi.

Konsertin açılışında Gürcüstan səfiri Zurab Pataradze və Gürcüstan Abxaziya Muxtar Respublikası Hökümət Sədrinin səlahiyyətlərini icra edən Ruslan Abaşidze izləyiciləri  salamlama nitqi ilə çıxış etdilər.

Konsertdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Gürcüstan diasporu və Azərbaycan mədəniyyəti nümayəndələri  iştirak edirdilər.

Uğurlu Avropa qastrolundan bir müddət əvvəl qayıdan dövlət kapelası, izləyicilərin rəgbətini qazanan  gürcü və xarici kompozisiyaları  təqdim etdi.