Under Construction

Səfir Zurab Pataradzenin Qafqaz Müsəlmanları İdarəsində görüşü

Noyabrın 20-də Gürcüstan Səfiri Zurab Pataradze  Qafqaz Müsəlmanları idarəsinin sədri  Şeyxülislam Allahşükür Paşazadə ilə görüş keçirdi.

Görüş çərçivəsində tərəflər Bakıda keçirilən Dünya Dini Liderlərinin İkinci Sammitinin əhəmiyyəti haqqında danışdılar.  Qafqaz Müsəlmanları İdarəsinin sədri tədbirdə fəal iştirakına görə Gürcüstan tərəfinə təşəkkür etdi. Görüşün sonunda Zurab Pataradze Allahşükür Paşazadəni bir daha 70 yaşı  və Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilməsinin 40 illik yubileyi münasibətilə təbrik etdi və Gürcüstan Prezidenti Salome Zurabişvilinin hədiyyəsini, eləcə də Səfirlik adından “Vepxistkaosani” (“Pələng dərili qəhraman”) kitabını təqdim etdi.