Under Construction

Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi haqqında sənədli film

Azərbaycanın yüksək reytinqli CBC televiziya şirkəti Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi ilə bağlı  televiziya sənədli filminin çəkilişlərinə başlamışdır. Filmdə  adı çəkilən  layihəsinin yaranması və  icra olunmasından  bəhs ediləcəkdir.

Bu məqsədlə,  Noyabrın 19-da  tele-şirkətinin çəkiliş qrupu Gürcüstan səfirindən  eksklüziv müsaibə aldı.  Zurab Pataradze qeyd olunan nəqliyyat dəhlizinin əhəmiyyətindən, yük dövriyyəsinin artırılma perspektivlərindən, irimiqyaslı layihənin iqtisadi aspektlərindən, Gürcüstan-Azərbaycan-Türkiyə arasındakı strateji tərəfdaşlıqdan danışdı.