Under Construction

Səfir Zurab Pataradze yeni brendin - Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sisteminin (SƏLIS) təqdimatında iştirak etdi

Oktyabrın 30-da səfir Zurab Pataradze, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə birlikdə, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Dövlət Şurasının yeni brendinin - sürətli əlaqələndirmə  və layihələri idarəetmə sisteminin (SƏLIS) təqdimatında iştirak etdi. Təqdimat zamanı əsas məruzəçilər yeni layihə barədə dinləyicilərə məlumat verdilər.

Təqdimat mərasimində Sürətli Layihə Koordinasiya və İdarəetmə Sisteminin Prezident İlham Əliyevin təşəbbüsü ilə tətbiq etdirildiyi və ölkədə gedən ictimai-iqtisadi proseslərdə ictimaiyyətin daha çox iştirakına şəffaflığı təmin etmək  məqsədi ilə ölkədə başladılan yeni islahat dalğasının bir hissəsi olduğu qeyd edildi.

Tədbir çərçivəsində Gürcüstan səfiri ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev arasında qısa görüş keçirildi. Görüşdə  Gürcüstan və Azərbaycan arasında dövlət layihələrin idarə edilməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olundu.