Under Construction

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevlə görüş

oktyabr 29-da, Bakıda səfərdə olan Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin birinci müavini Badri Maisuradze və Gürcüstan səfiri Zurab Pataradze Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşdülər.

Görüşdə iki ölkə arasında mədəni əlaqələrin dinamikasını məmnunluqla qeyd olundu və əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Tərəflər mədəniyyətin müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsinin, iki ölkənin regionlarında müştərək proqramların hazırlanmasının və ikitərəfli əməkdaşlığın digər məsələlərinin müzakirə etdilər.

B. Maisuradze səmimi qəbula görə nazirə təşəkkürünü bildirdi və gürcü xadimlərinin Azərbaycanda beynəlxalq festivallarda fəal iştirak etməyə hər zaman hazır olduğunu bildirdi. O Azərbaycan yaradıcı qruplarının Gürcüstana tez-tez səfər etmələrindən   məmnun olduğunu bildirdi.

Gürcüstan səfiri Zurab Pataradze, Gürcüstanla Azərbaycan arasındakı münasibətlərdə mədəniyyətin xüsusi yer tutduğunu qeyd etdi və bildirdi ki, mədəni əlaqələri daha da dərinləşdirmək üçün Səfirlik bir sıra tədbirlər planlaşdırmışdır.

Səfər çərçivəsində Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin birinci müavini Badri Maisuradze və Gürcüstan səfiri Zurab Pataradze Azərbaycan Dövlət Akademik Dram Teatrına dövlət statusunun verilməsinin 100 illiyinə həsr olunmuş yubiley gecəsində iştirak etdilər.