Under Construction

Səfir Zurab Pataradeznin Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevlə görüşü

Oktyabrın 29-da səfir Zurab Patarade Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin  sədri Fərid Şəfiyevlə görüş keçirmişdir.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, çoxtərəfli formatda əməkdaşlıq, beynəlxalq enerji və nəqliyyat layihələrində iki qonşu ölkənin geostrateji əhəmiyyəti, regional təhlükəsizlik məsələləri və Gürcüstanın işğal olunmuş bölgələrindəki vəziyyət müzakirə edilmişdir.

Görüşdə Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Gürcüstanın Strateji və Beynəlxalq Tədqiqatlar Fondu (Rondeli  Fondu) arasında əməkdaşlığın əhəmiyyəti vurğulandı. Hamçinin Mərkəz və Levan Mikeladze adına Diplomatik Təlim Tədqiqat İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə edildi.