Under Construction

Səfir Zurab Pataradzenin ADA universitetində təlim kurslarında iştirak edən Gürcüstan diplomatları ilə görüşü

Oktyabrın 22-də səfir Zurab Pataradze Azərbaycan "ADA" Universitetində GUAM üzv ölkələrin diplomatları üçün təşkil olunan təlim kurslarında iştirak edən  Gürcüstan Xarici İşlər Nazirliyinin əməkdaşlarını səfirlikdə qəbul etdi.

Səfir Zurab Pataradze gənc gürcü diplomatlara Gürcüstan-Azərbaycan arasında siyasi, iqtisadi və mədəni-humanitar əməkdaşlıq barədə danışdı. İki qonşu ölkə arasında strateji tərəfdaşlığın, həmçinin uğurlu genişmiqyaslı enerji, tranzit və logistika layihələrinin vacibliyini vurğuladılar.

Görüşdə, Gürcüstan Xarici İşlər Nazirliyi yanında  Levan Mikeladze adına Diplomatik Təlim və Tədqiqat İnstitutu və ADA Universiteti arasında qurulan işgüzar əlaqələr müsbət qiymətləndirildi.