Under Construction

Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın ilk rəsmi səfəri

Oktyabrın 9-da Gürcüstanın Baş naziri Giorgi Qaxariya  ilk xarici rəsmi səfərini  Azərbaycan Respublikasına etdi. Səfər zamanı Gürcüstanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, yeni təyin olunmuş Baş nazir Əli Əsədovla və Milli Məclisin sədri Oktay Əsədovla görüşlər keçirdi. Azərbaycan Respublikasının Prezidenti ilə təkbətək görüş zamanı Gürcüstanın Baş naziri ölkələrimiz arasında strateji tərəfdaşlığın əsas istiqamətləri, ikitərəfli əməkdaşlığın gündəliyindəki vacib məsələlər və Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi regional əhəmiyyətli  layihələri barədə danışdı. Giorgi Qaxarianın sözlərinə görə, onun baş nazir kimi ilk səfərinin Azərbaycana etməsi təsadüfi deyil,  bu səfər həm dostlara, həm də düşmənlərə sübut etdi ki,  Azərbaycan və Gürcüstan arasında həll olunmayan məsələlər yoxdur və bütün məsələlər qardaşlıq  dostluq ruhunda həll olunur.

Öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Giorgi Qaxarianı Gürcüstan hökumətinin başçısı vəzifəsinə təyin olunması  münasibətilə təbrik etdi və ilk xarici səfərini Azərbaycana etdiyi üçün təşəkkür etdi. Prezident Gürcüstanın Azərbaycan üçün yaxın dost, qonşu və tərəfdaş olduğunu dedi, iki ölkəni tarix və  coğrafiya birləşdirir və  bu da əlaqələrin inkişafı üçün vacib amillərdəndir.  Onun sözlərinə görə, ölkələr arasındakı əməkdaşlıq, xüsusən də neft, qaz və nəqliyyat sahələrindəki əməkdaşlıq  regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə qalxmışdır.  Gürcüstan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Görüşdə xalqlararası münasibətlərin xüsusi əhəmiyyəti və bu əlaqələrin inkişafında  Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan gürcülərin rolu  qeyd olundu. Azərbaycanda keçirilən yüksək səviyyəli görüşlər ölkələrin ərazi bütövlüyünə olan dəstəyi bir daha təsdiqlədi və qarşılıqlı səfərlərin ölkələrimiz arasında strateji tərəfdaşlığın əhəmiyyətinin göstəricisi olduğu qeyd olundu.

Görüşdə xarici işlər naziri David Zalkaliani, daxili işlər naziri Vaxtanq Gomelauri, parlamentin vitse-spikeri, Gürcüstan parlamenti ilə dostluq qrupunun rəhbəri Zviad Dzidziguri və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak etdilər. Azərbaycana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri Giorgi Qaxaria Azərbaycanın Ümummilli Lideri  Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın xatirəsini ehtiramla yad etdi. Hökumət başçısı, həmçinin  Şəhidlər Xiyabanında Əbədi məşəlin önünə  əklil qoydu.