Under Construction

Qax rayonunun Kötüklü kəndində Müqəddəs Üçlük Kilsəsi fəaliyyətə başladı

Oktyabrın 6-da,  son 120 ildə ilk dəfə,  Kötüklü  kəndində  yeni fəaliyyətə başlamış  Müqəddəs Üçlük Kilsəsində təntənəli liturgiya keçirildi. Qeyd edək ki, bir əsrdən çoxdur ki, məbəd fəaliyyətsiz idi və yerli gürcü pravoslav əhalisi müntəzəm liturgiya tələb edirdi,   Azərbaycan hakimiyyəti  onların xahişini nəzərə aldı və dəstəklədi. İlk İlahi Liturgiyanı Gürcüstanın  Pravoslav Kilsəsinin  Hereti və Xornabuci yepiskopu Dimitri keçirdi.

Mərasimdə Gürcüstan səfiri Zurab Pataradze,  Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyinin və  Gürcüstanın Gəncədəki Baş Konsulluğunun nümayəndələri iştirak etmişdirlər. İlahi Liturgiyadan sonra Z. Pataradze Müqəddəs Üçlük Kilsəsinin həyətində yerli gürcü əhali ilə görüşdü. Tədbirdə Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev də iştirak etdi.