Under Construction

Qax rayonunun gürcü orta məktəbinə və uşaq bağçalarına Gürcüstan hökumətinin hədiyyələri

Oktyabrın 4-də, Qax rayonunun Alibəyli  kəndində yeni inşa edilmiş Şota Rustaveli adına gürcü orta məktəbininin şagirdlərinə  Gürcüstan hökuməti adından müxtəlif hədiyyələr paylanıldı. Humanitar aksiyanı yerinə yetirmək məqsədilə, Gürcüstanın Xarici İşlər Nazirinin müavini Laşa Darsalia, Gürcüstan səfiri Zurab Paratadze, Gürcüstanın Gəncə şəhərindəki  Baş Konsulu Nikoloz İaşvili və Baş Konsulluğun nümayəndələri Qax rayonuna gəldələr.

Qeyd edək ki, Gürcüstan hökumətinin hədiyyələri hər bir  məktəbliyə paylanıldı.  İbtidai sinif  şagirdlərinə (birinci sinifdən üçüncü sinifədək) müxtəlif çantalar və dəftərxana ləvazimatları hədiyyə edildi, dördüncü - on birinci sinif şagirdlərinə isə bir dəst idman geyimləri verildi.

Xəritələr, qlobuslar, gürcü klassik yazıçılarının portretləri, gürcü bədii ədəbiyyatı və müxtəlif tədris ləvazimatları  da məktəbə hədiyyə edildi. Səfir Zurab Pataradze gürcü məktəbin rəhbərliyinə  "Paləng dərili cəngavər" adlı kitabın ən yüksək poliqrafik nəşrini hədiyyə etdi. Tədbirdə Qaxdaki Müqəddəs Georgi Kilsəsinin keşişi  Ata Peter də iştirak etdi.

Genişmiqyaslı humanitar aksiyanın hazırlanmasına Xarici İşlər Nazirliyi, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və Prezident Administrasiyası öz töhfəsini verdilər.