Under Construction

Gürcüstan səfiri Zurab Pataradzenin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri

Sentyabrın 24-də Gürcüstan səfiri  Zurab Pataradze Naxçıvan Muxtar Respublikasına işgüzar səfər etdi. Səfər çərçivəsində Z. Pataradze   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə  gül dəstəsi  qoydu, Heydər Əliyev Muzeyini ziyarət etdi.  Səfir  xatirə kitabına ürək sözlərini yazdı.

Zurab Pataradze Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirdi. Görüşdə  ticarət-iqtisadi, siyasi və mədəni-humanitar əlaqələrin əsas istiqamətləri, Gürcüstanda,  o cümlədən  Acarıstan Muxtar Respublikasında Naxçıvanın "Ticarət Evi"nin  və Naxçıvanda Gürcüstanın "Ticarət Evi"nin açılması perspektivlər,  biznes sektorun nümayəndələrinin  səfərlərinin fəallaşdırılması,  biznes forumların təşkili, regional turizmin inkişafı, Naxçıvan və Batumi arasında müntəzəm avtobus və hava reyslərinin təyin olunması məsələləri müzakirə olundu.  Cənab V. Talıbov Gürcüstandan  Naxçıvan A / R-na  sitrus meyvələrinin ixracını təşviq etməyə hazır olduğunu bildirdi. Tərəflər müxtəlif xəstəliklərdən (astma və  tənəffüs çətinliyi) əziyyət çəkən Gürcüstandan gələn uşaqlar üçün Duzdağ mağarasının  kurortlarında təmənnasız istirahat- tibbi müalicə kurslarının davam etdirilməsi məsələsində razılığa gəldilər.

Səfir Zurab Pataradze Naxçıvanın iqtisadiyyat naziri Tapdiq Əliyevlə də görüş keçirdi. Görüşdə Naxçıvan şəhər icra hakimiyyətinin başcısı  Mirsənan  Seyidov iştirak etdi.  Tərəflər  iqtisadi əməkdaşlığın inkişaf perspektivləri və Gürcüstan və Azərbaycan regionları arasında müştərək biznes layihələrinin həyata keçirilməsi, birgə biznes forumlar, təqdimatlar, sərgilər, habelə iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşu imkanlarını müzakirə etdilər.  Səfər çərçivəsində Zurab Pataradze Naxçıvan A / R Turizm Departamentinin direktoru Əkbər Novruzovla da görüş keçirib. Görüş zamanı turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi, regional turizmin inkişaf perspektivləri, mətbuat turları və info-turların təşkili imkanları müzakirə edildi.

Rəsmi görüşlərdən sonra səfir Zurab Pataradze Naxçıvanın iqtisadiyyat naziri ilə birlikdə, yerli istehsalın ixrac məhsullarının sərgi mərkəzində oldu. Bölgənin ticari-iqtisadi potensialını öyrənmək məqsədilə, Zurab Pataradze Naxçıvan şəhər icra hakimiyyətinin başcısı  ilə birlikdə, aparıcı yerli müəssisələrdə oldu, iş prosesi və istehsal texnologiyaları ilə tanış oldu, müəssisə rəhbərləri ilə görüşdu, birgə müəssisələrin yaradılması perspektivlərindən və Avropa bazarında Gürcüstan üçün müəyyən olunan  güzəştləri nəzərə alaraq, birgə istehsal olunan məhsulların ixrac imkanlarından danışdı.