Under Construction

Gürcüstan idmançıları ilə görüş

21 sentyabr 2019-cu il tarixində Gürcüstan səfirliyi  Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında iştirak edən gürcü idmançılarını qəbul etdi.

 Səfir Zurab Pataradze gimnastları ilin ən vacib tədbirində iştirak etdikləri münasibətilə təbrik etdi və gələcəkdə uğurlar arzuladı. Z. Pataradze  Gürcüstanın ən yaxşı gimnastları növbəti seçmə mərhələlərdə uğur qazanacaqlarına və nəticədə Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlarına  ümidvar olduğunu ifadə etdi.  

Görüşdə gimnastlar  Salome Pajava, Natela Bolotayeva, Ketevan Arbolişvili və məşqçilər, o cümlədən məşhur gürcü gimnastı əfsanəvi məşqçi  Neli Saladze də iştirak etdi.