Under Construction

İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavanın rəsmi səfəri

Sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Azərbaycan Respublikasına ikigünlük rəsmi səfər edir. Gürcüstan nümayəndə heyətinə Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Zurab Pataradze, İqtisadiyyat və Davamlı İnkişaf nazirlərinin müavinləri Genadi Arveladze və Davit Tvalabeişvili, Gürcüstan Dəmir Yolu ASC-nin baş direktoru David Peradze daxildirlər. Səfərin ilk günü Natia Turnava Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüş keçirdi.  Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin  üzvlərinin Azərbaycan Respublikasının  Baş naziri, İqtisadiyyat naziri, Dövlət Neft Şirkəti, “Azərbaycan Dəmir Yolu” SC,  “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti  rəhbərliyi ilə  görüşləri planlaşdırılmışdır.