Under Construction

Qax rayonunun Əlibəyli kəndində yeni inşa edilmiş gürcü orta məktəbinin açılışı

2019-cu ilin   sentyabrın  13-də,  Azərbaycan Respublikasının Qax rayonunun Əlibəyli  kəndində yeni inşa edilmiş gürcü orta məktəb binasının  rəsmi açılışı oldu. Sentyabrın 16-dan etibarən, Əlibəyli gürcü orta məktəbinin  160 şagirdi yeni dərs ilinə müasir standartlara cavab verən  binada başlayacaq və bu çox xoş bir faktdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarına əsasən, yeni məktəb binasının inşası üçün dövlət başçısının ehtiyat fondundan müvafiq məbləğ ayrılmışdır.

Açılış mərasimində Azərbaycan təhsil nazirinin müavini İdris İsaev, Gürcüstan səfiri Zurab Pataradze, Gürcüstanın Gəncə şəhərindəki  baş konsulu Nikoloz İaşvili, Qax rayonunun rəhbərliyi və yerli sakinlər iştirak etdilər.

Səfir Zurab Pataradze açılış mərasimində çıxış etdi. Şagirdləri və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi və təhsillərində uğurlar arzuladı. Səfir ən yüksək standartlara cavab verən və ən qısa müddətdə  istifadəyə verilən  yeni məktəb binasının açılışı   üçün  Azərbaycan Respublikası Prezidentinə və ölkənin təhsil sisteminin rəhbərlərinə təşəkkür etdi. Zurab Pataradze qeyd etdi ki, Əlibəyli kəndindəki gürcü məktəbin  probleminin həlli iki ölkə arasında strateji əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilə bilər. Mərasimdən sonra qonaqlar sinif otaqlarını gəzdi, tələbələr, valideynlər və müəllimlərlə söhbət etdilər.