Under Construction

Dr. Nata Menabdenin Bakıya səfəri

Gürcüstan hökuməti  Doktor Nata Menabdeni Ümumdünya Səhiyyə Təşkilatının (WHO)  2020-2024 illəri üçün Avropa Regionunun regional direktoru vəzifəsinə namizədliyini irəli sürmüşdür.  Seçkilər 16-19 sentyabr 2019-cu il tarixində Avropa Komitəsinin 69-cu sessiyası çərçivəsində Kopenhagendə keçiriləcək.

Seçki kampaniyası çərçivəsində 4 sentyabr 2019-cu ildə Doktor Nata Menabde Azərbaycana səfər etdi və Gürcüstan səfiri Zurab Pataradze,  Azərbaycan Respublikasının səhiyyə naziri Oktay Şirəliyev və xarici işlər nazirinin müavini Mahmud Məmmad-quliyev ilə görüşlər keçirdi.

Görüşlər zamanı Doktor Menabde öz təcrübəsi və təşkilatın gələcəyi ilə bağlı strateji baxışları haqqında geniş danışdı. Ev sahibi tərəf gürcü namizədinə qarşıdakı seçkilərdə uğurlar arzuladı.