Under Construction

Bakıda „Eternity-2019” üçtərəfli Komanda-qərargah təlimləri

Sentyabrın 2-də  Azərbaycan, Gürcüstan və Türkiyədən olan hərbçilərin iştirakı ilə Bakıda „Eternity-2019”  Komanda-qərargah təlimlərə start verildi.  Nəzəri və praktik hissələrdən ibarət olan təlimlər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Oyunlar Mərkəzində və səhra şəraitində keçiriləcək. Təlimlərdə iştirak edən ölkələrin hərbi hissələrinin və digər güc strukturlarının  nümayəndələri regional iqtisadi layihələri qoruma məqsədilə müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Gürcüstandan təlimlərdə Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin nümayəndələri iştirak edirlər. Üçtərəfli təlimlər sentyabrın 6-da başa çatacaqdır.