Under Construction

Rusiya-Gürcüstan 2008-ci ilin Avqust müharibəsinin 11-ci ildönümü

Avqustun 8-də Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən 2008 Avqust Rusiya-Gürcüstan müharibəsinin 11-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Açılış nitqi ilə Gürcüstan səfiri Zurab Pataradze çıxış etdi. O, 11 il əvvəl baş vermiş faciəli hadisələri xatırlatdı və Rusiyanın Gürcüstana qarşı genişmiqyaslı hərbi təcavüzü barədə məlumat verdi. Zurab Pataraidze diqqəti işğal altındakı ərazilərdəki və işğal olunmuş ərazilərdəki çətin vəziyyət,sürünən  işğal və borderizasiya adlanan prosesə  yönəltdi. İşğal olunmuş ərazilərdə əsas insan hüquqlarının kobud şəkildə pozulması və Tatunaşvili-Otxozoriya siyahısı, Gürcüstan hökumətinin uğurlu tanımama siyasəti və beynəlxalq birliyin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyi haqqında danışdı.  Tədbirdə Azərbaycan-Gürcüstan Dostluq Qrupunun rəhbəri Əflatun Amaşev də çıxış etdi.

Tədbirdə Azərbaycan Milli Məclis üzvləri, Dostluq Qrupunun üzvləri, Xarici İşlər Nazirliyinin, Diplomatik Korpusun, Bakıdakı gürcü icmasının və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdilər.