Under Construction

Səfir Zurab Pataradze Azərbaycanın İctimai Televiziyasına eksklüziv müsahibə verdi

İyulun 17-də,  Gürcüstanın Azərbaycan Respublikasındaki səfiri Zurab Pataradze Azərbaycanın  İctimai Televiziyasına eksklüziv müsahibə verdi. Müsahibədə, səfir Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri, dünya əhəmiyyətli birgə enerji və nəqliyyat layihələri, iqtisadiyyat, turizm, mədəni və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərindən  danışdı. Z. Pataradze həmçinin Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsinə və Birgə Komissiyanın fəaliyyətinə  diqqət yetirdi.