Under Construction

Gürcüstan səfiri Zurab Pataradzenin GUAM baş katibi Altay Əfəndiyevlə görüşü

İyulun 17-də Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze GUAM-ın baş katibi Altay Əfəndiev ilə görüş keçirdi. Görüşdə, digər məsələlərlə yanaşı, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında GUAM rolu müzakirə olundu. GUAM ölkələrinin regionlararası beynəlxalq nəqliyyat dəhlizlərinin və marşrutlarını birləşdirən  halqalardan biri olduğu vurğulandı.  

Qeyd olundu ki, nəqliyyat  dəhlizləri  haqqında biliyin artırılması və potensialının genişləndirilməsi məqsədilə,  təşkilat birgə təqdimatların keçirilməsi üçün aktiv addımlar atmalı, öz növbəsində, bu yük dövriyyəsinin artmasına, həmçinin tranzit potensialının və GUAM ölkələrinin məlumatlılığının artırılmasına imkan verəcəkdir.  

Görüşdə üzv dövlətlər arasında  turizm sahəsindəki  əlaqələr, birgə turizm layihələri müzakirə edildi və GUAM ölkələri arasında turizmin inkişafının   yeni bazarlara çıxışa və  nəqliyyat dəhlizlərinin şaxələndirilməsinə  müsbət təsir göstərəcəyi qeyd olundu.