Under Construction

Gürcüstanın Parlamentinin nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri

15-16 İyul tarixlərində, Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sopio  Katsaravanın  rəhbərlik etdiyi Parlament nümayəndə heyəti Azərbaycan Respublikasına  səfər etmişdir.  Nümayəndə heyətinə  vitse-spiker Zviad Dzidziguri və millət vəkili Ramaz Nikolaişvili daxil idi. Gürcüstan nümayəndə heyəti Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin  xarici əlaqələr komitələrinin üçtərəfli toplantısında  iştirak etdilər.

Səfərin əvvəlində  Gürcüstan nümayəndə heyətinin üzvləri Azərbaycanın  ümummilli lideri Heydər Əliyevin və həyat yoldaşının məzarının önünə  gül dəstəsi qoydular və sonra şəhidlər xiyabanını ziyarət etdilər.  

Səfər çərçivəsində,  üç ölkə parlamentlərinin xarici əlaqələr komitələrin sədrləri Azərbaycan Respublikasının Milli Məclisin sədri Oqtay Əsədovla və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirdilər.  Gürcüstan nümayəndə heyətinin üzvləri  həmçinin  Gürcüstanla Dostluq Qrupunun üzvləri  ilə də görüş  keçirdilər.  Tədbirlərdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iştirak etdi.

Bakıda keçirilən görüşlərdə  tərəflər regiondakı mövcud prosesləri, üçtərəfli əməkdaşlıq  məsələlərini və mövcud çağırışları  müzakirə etdilər. Bölgədə mövcud olan münaqişələrin dinc yolla həllinin vacibliyinə və  bölgənin təhlükəsizliyinə xüsusi diqqət yetirildi.  Görüşlər zamanı Azərbaycan-Gürcüstan-Türkiyə strateji tərəfdaşlıq prosesinin möhkəmləndirilməsində üçtərəfli formatın önəmi  yüksək qiymətlandirildi.