Under Construction

Səfir Zurab Pataradze Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən təqdimatda iştirak edib

İyulun 11-də, Gürcüstan səfiri Zurab Pataradze  Azərbaycanda akreditə olunmuş səfirlərlə birlikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyi və ilk "DOST" mərkəzinin təqdimatına qatıldı.

Bu mərkəz gündə orta hesabla 400 vətəndaşa xidmət göstərir. Nazir Sahil Babayev Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü olan “DOST” layihəsi əsasında ölkədə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması mərhələsinə keçildiyini deyib, “DOST” konsepsiyası barədə məlumat verib.

Tədbirdə diplomatik korpusun nümayəndələrinə müasir texnologiyaların elektron sektorunda əmək, məşğulluq, sosial təminat və xidmətlərin davam edən islahatlar haqqında məlumat təqdim olundu.